Bakıda 17 mərtəbəli binada yanğın: azyaşlı boğulmaqdan xilas edildi
Gecə saatlarında Bakının Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Hadisə Kərim Kərimzadə küçəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri, təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib. Sakinlərin sözlərinə görə yanğından əvvəl partlayış səsi də eşidilib. Binada yaşayan sakinlər təcili təxliyə olunub. Yanğın zamanı binaya elektirik enerjisinin verlişi də dayandırılıb.
17 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən elektirik şitində başlayan yanğın qısa zaman ərzində şiddətlənərək şaxtadan keçən bütün elektrik naqillərini və elektrik sayğaclarını əhatə edib.
Sakinlərin sözlərinə görə baş verən partlayışdan sonra binanın bütün bloklarını tüstü bürüyüb. Buna görə də sakinlər binanı tərk etməkdə çətinlik çəkiblər. Yanğın zamanı xəsarət alan olmasa da, mənzillərdə köməksiz qalan 10 nəfər xilas edilib. Bundan başqa, xilasedicilər 5-ci mərtəbədəki mənzillərdən birində boğulma təhlükəsi ilə üzləşən balaca Yusifi də xilas edərək valdeyinlərinə təhvil veriblər.
Yanğınsöndürənlər alovun mənzillərə keçməsinin qarşısını alıblar.
Hadisə yerinə Dövlət Yanğın Nəzarət Xidmətinin tətqiqat qrupu cəlb olunub və araşdırmalara başlanılıb. İlkin ehtimala görə, hadisə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.
OXŞAR XƏBƏRLƏR
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”