Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib - REAL VİDEO
Bakıda körpünün üstünə çıxaraq intihar etmək istəyən şəxs xilas edilib. APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Fəqan Sabir oğlu Nəsibovla apardığı danışıqlar nəticə verib və o, fikrindən daşındırılaraq körpüdən düşürülüb. Hadisə yerinə onun ailə üzvləri də gəlib.
Qeyd edək ki, intihar etmək istəyən şəxs hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı olan Lütfəli Babayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olarkən ondan aldığı 65 min dolları qaytarmadığını iddia edir.
Fəqan Nəsibov körpüdən endirildikdən sonra ətrafa toplaşan insanlar xilasediciləri alqışlayıblar. Xilasetmə əməliyyatı ilə əlaqədar körpünün üstündə tıxac yaranıb. İki saat 20 dəqiqə tıxacda qalan sürücülər isə körpüdən düşürülən Fəqan Nəsibova hücum edərək onu döymək istəyiblər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib