Nazir Hüseyn Bağırov Göygöldə vətəndaşları qəbul edib
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Göygol rayonunda vətəndaşlarla görüşüb. APA TV-nin məlumatına görə, görüş Heydər Əliyev Mərkəzində Göygöl, Daşkəsən, Goranboy rayonları və Naftalan şəhəri sakinləri üçün təşkil edilib. Nazirlə birgə qurumun idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə 50-yə yaxın vətəndaşın fikir və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi ve s. məsələlərlə bağlı olub. Nazir qəbula yazılmış hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qanunvericiliyə uyğun surətdə qısa vaxt ərzində zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub. Vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

OXŞAR XƏBƏRLƏR
19:38
637
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
583
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
596

16:17
355
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
368
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2352