Yanğın 3 məcburi köçkün ailəsini evsiz qoydu
Ağdaş rayonunda güclü yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğın rayonun Bəylik kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən və ümumi sahəsi 800 kvadratmetr olan mal-qara fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ferma tamamilə yanaraq yararsız hala düşüb. Fermadakı 6 baş iribuynuzlu və 9 baş xırda buynuzlu heyvan, eləcə də 5 min ton ot, 13 baş arı ailəsi yanaraq külə dönüb. 20 ildir ki, yaşayan Ağdam rayon sakini 1957-ci il təvəllüdlü Şükürov Bəylər İsa oğlu və onun oğlanları- Şükürov Əlişir və Şükürov Sənanın ailəsi evsiz qalıb.
Hər 3 ailə uzun illərdir ki, fermanın bir hissəsini özləri üçün ev edərək orada yaşayırmış. Yanğın zamanı evlər və içərisindəki bütün əşyalar tamamilə yanaraq külə dönüb.
Yanğının qısa qapanma səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib