Masallı sakini bir əmioğlusunu qətlə yetirdi, digərini yaraladı
Masallıda qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə saat 23.00 radələrində rayonun Xırmandalı kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Ramal Şirməmməd oğlu Muradov şəxsi münaqişə zəminində əmisi oğlanları - 26 yaşlı Zəbulla Muradov və 23 yaşlı Samin Muradov qardaşlarına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəstəxanaya yerləşdirilmiş Zəbulla Muradovun həyatını xilas etmək mümkün olmayıb. Samin Muradovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hadisəni törətmiş Ramin Muradov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:38
637
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
583
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
596
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
355
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
368
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2352