Ukrayna ordusu İlovayskı nəzarətə götürdü!
İlovayskda gedən gecə döyüşlərindən sonra Ukrayna hərbçiləri şəhəri nəzarət altına ala biliblər. APA TV-nin məlumatına görə, separatçıların bir hissəsi bu yaşayış məntəqəsində olduğu üçün hazırda şəhərdə təmizləmə prosesi gedir. "Ukrayna Milli Qvardiyasının operativ təyinatlar üzrə hərbi batalyonu "Donbass" Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri və yerli müdafiə batalyonları "Dnepr" və "Şaxtyorsk" la birgə Donetsk vilayətinin İlovaysk şəhərini separatçılardan azad etmə əməliyyatını davam etdirir. Hazırda Ukrayna qüvvələri bütün şəhərə nəzarət etsə də, separatçılar tərəfdən kontrataklar davam etdirilir. Onlar tank və artilleriyadan istifadə etməklə zərbələr endirməyə çalışırlar. 3 bu kimi hücumların qarşısı alınıb". Milli Qvardiyanın mətbuat xidmətinin yaydığı məlumatda bel’ deyilir.
Son sutka ərzində İlovaysk uğrunda gedən döyüşlərdə 9 Ukrayna hərbçisi ölüb.
Ukraynada baş verən hadisələrlə bağlı avqustun 26-da Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə Rusiyanın baş naziri Dmitri Medveyev arasında görüş keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib