Ermənistan İraqdan gələn yezidi kürdləri Dağlıq Qarabağda yerləşdirəcəyini açıqlayıb
Ermənistan İraqdan yezidi kürdlərin ölkəyə axını olarsa, onları işğal etdiyi Dağlıq Qarabağ ərazisində məskunlaşdıra biləcəyini açıqlayıb. APA TV-nin məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan açıqlama verib.
Onun sözlərinə görə, hazırda yezidi-qaçqınların Ermənistana kütləvi axını yoxdur: “Ermənistanla sərhədə çatan İraq vətəndaşları da milliyyətindən asılı olmayaraq giriş vizası olmadan sərhədi keçə bilməzlər. Keçdiyi halda isə ona həm Ermənistanda həm də Qarabağda sığınacaq verilə bilər”.
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma separatçı rejimin təmsilçisi David Babayan da bildirib ki, Qarabağ öz imkanları çərçivəsində yezidilərə kömək etməyə hazırdır.
Xatırladaq ki, rəsmi İrəvan yezidilər üçün nəzərdə tutulmuş humanitar yardımın həcmini artırmağı planlaşdırır. Eyni zamanda ermənilər tərəfindən sosial şəbəkələrdə "Yezidi qardaşımıza kömək edək" adlı qrup da yaradılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib