Bakıda zəncirvari qəza törədən sürücü hadisə yerindən qaçdı
Ötən gecə Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Azadlıq prospektind üç avtomobilin toqquşduğu qəza nəticəsində xəsarət alan olmayıb. Qəzaya səbəb olan "Mercedes" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Şəxsiyyəti müəyyənləşdirilməyən sürücü yüksək sürətlə idarə etdiyi avtomobili Kənan Muradova məxsus VAZ-21011-ə çırpıb. VAZ-21011 isə qarşıda hərəkətdə olan və Arif İsrafilovun idarə etdiyi "Toyota"ya dəyib.
Qəzanı törədən sürücü avtomobili ilə birlikdə hadisə yerindən uzaqlaşıb.
Qəza nəticəsində Azadlıq prospektində uzun tıxac yaranıb. Qəzaya uğrayan avtomobillər hadisəyerindən evakuasiya edildikdən sonra Yol-Patrul Xidmətinin əməkdaşları prospektdə nəqliyyatın normal hərəkətini bərpa ediblər.
Faktla bağlı araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”