ATƏT ABŞ-ı söz azadlığına hörmət etməyə çağırdı
ATƏT ABŞ-ı Fergüsondakı etiraz aksiyalarını işılandıran jurnalistlərin söz azadlığını təmin etməyə çağırıb. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin yazılı açıqlamasında Birləşmiş Ştatlarda 18 yaşlı qaradərili gənc Maykl Braunun polis tərəfindən öldürüldüyü Sent Luis şəhərinin Fergüson rayonundakı nümayişlərdə jurnalistlərin həbs edilməsi pislənilir: "Fergüsondakı hadisələrlə bağlı xəbər hazırlayan jurnalistlərin azad və təhlükəsiz şəkildə çalışa bilməsinin təmin olunmasını istəyirəm".
ATƏT nümayəndəsinin açıqlamasında bir neçə jurnalistin saxlanıldığı, bəzilərinə qarşı gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.
Dunya Miyatoviç bəyan edib ki, təhlükəsizlik qüvvələri ictimai asayişi təmin edərkən xalq etirazlarını işıqlandıran jurnalistlərin hüquqlarını unutmamalı, media nümayəndələri polis tərədindən təhdid edilməməlidir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib