İŞİD Davud peyğəmbərin türbəsini buldozerlərlə dağıdıb
İslam Dövləti ("İraq Şam İslam Dövləti" – İŞİD) terror qruplaşması Hələb şəhərinin şimalında yerləşən və iyulun 14-də ələ keçirdiyi türkmən kəndi Toybukda həzrəti Davud peyğəmbərin türbəsini buldozerlərlə dağıdıb. APA TV-nin məlumatına görə, bu barədə “Al Jazeera” xəbər yayıb.
Qruplaşma üzvləri türbə ətrafında yerləşən və ziyarətçilərin namaz qıldıqları məscidi də dinamitlə partladaraq, məhv ediblər. Həzrət Davud (ə.) adına inşa edilmiş türbənin tikildiyi tarix məlum deyil.
Qeyd edək ki, İŞİD terror qruplaşması bundan əvvəl isə Suriyanın Qamışlı bölgəsində Naqşibəndi təriqətindən olan şeyxlərin türbələrini bombalamışdı.
OXŞAR XƏBƏRLƏR
14:24
1118
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1602
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1825
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1259
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1654
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1148