Şirvanda nənə 2 yaşlı nəvəsi ilə özünü Kürə atıb
Azərbaycanda nənə və nəvə intihara cəhd edib. Şirvan Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Dilşad Cəbrayılova nəvəsi, 2 yaşlı Tofiq Cəbrayılovla birgə özünü körpüdən Kür çayına atıb. Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində hər iki şəxs xilas edilib.
Polisdən həmçinin bildirilib ki, nəvəsi ilə birgə intihar etmək istəyən qadın ruhi xəstədir.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Nazirliyin saytında verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində 2 nəfər intihar etmək məqsədilə özünü körpüdən çaya atıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Vətəndaşlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib