Bakıda qəribə yol qəzası: maşınlar və yaralılar “yoxa çıxdı”
Bakının Binəqədi rayonu ərazisində qəribə yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Hökməli dairəsində qeydə alınıb.
“Shacman” markalı yük maşını dairədə “Mercedes” və “Azsamand” markalı minik avtomobillərini vurub. Qəzadan dərhal sonra “Shacman” və “Mercedes”, eləcə də, sayı hələ dəqiq məlum olmayan yaralılar hadisə yerindən uzaqlaşdırılıb. Ərazidə yalnız “Azsamand” və yaralılara məxsus olduğu ehtimal edilən ayaqqabılar qalıb.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlsələr də, nə maşınları və sürücüləri, nə də yaralıları tapa biliblər. Dövlət Yol Polisi İdarəsi qəzaya uğrayan avtomobillərin axtarışına başlayıb.
Səhərə yaxın isə Abşeron Rayon Polis İdarəsinə xməlumat daxil olub ki, xəstəxanaya yıxıldığı bildirilən yaralı gətirilib. Lakin onun xəsarətləri yıxılmağa yox, yol qəzasına daha çox uyğun gəlib. İstintaqçılar həmin şəxsin məhz Hökməli dairəsindəki qəzada xəsarət aldığını ehtimal edirlər.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”