Kürəkən qayınanasına 15 bıçaq zərbəsi vurdu
Gəncədə ailə münaqişəsi zəmində kürəkən qayınananı bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə, şəhərin 4-cü mikrorayonunda baş verib. Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Məsimalıyev Urfan Mobil oğlu şəxsi münasibətlər zəminində qayınanası 1962-ci il təvəllüdlü Paşayeva Mehriban Rəhim qızını bıçaqlayıb. Bədənin müxtəlif nahiyələrindən 15 bıçaq zərbəsi alan M. Paşayeva dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Hadisəni törədən Urfan Məsimalıyev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:38
716
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
661
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
679
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
362
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
375
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2360