Donetskdəki döyüşlərdə dinc sakinlər öldürülüb
Avqustun 16-sı Donetsk şəhəri atəşə məruz qalıb. Şəhər Şurasının yaydığı məlumata görə, sutka ərzində baş verən atışmalar nəticəsində 10 nəfər dinc sakin ölüb, 8 nəfər yaralanıb. Donetskdə avqustun 16-dan 17-nə keçən gecə də gərgin keçib. Şəhərin gülləbaran edilməsi nəticəsində yaşayış evləri xəsarət alıb. Bu günün məlumatına görə, şəhərdə gərginlik davam edir. Bu gecə həmçinin terrorçuları Luqansk vilayətində antiterror əməliyyatçılarının MiQ-29 qırıcı təyyarəsini vurublar. Pilot təyyarədən tullanmağa müvəffəq olub. Bu gün Berlində Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirlərinin görüşü baş tutacaq. Görüşdə bir sıra məsələlər, o cümlədən Rusiya yardım yüklərinin Donetskə buraxılması müzakirə ediləcək.
OXŞAR XƏBƏRLƏR
19:38
720
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
665
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
684
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
364
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
377
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2362