Moskvada Azərbaycan vətəndaşının 250 min dolları oğurlandı
Moskvada Azərbaycan vətəndaşının 250 min dolları oğurlanıb. APA TV-nin məlumatına görə, 31 yaşlı Bakı sakini “Mercedes” markalı maşınla Çaqinskaya küçəsində hərəkətdə olarkən basqına məruz qalıb. Həmyerlimiz işıqforun qırmızı işığında maşını saxlayan zaman yaxınlıqda dayanmış “Nissan” markalı maşından 4 nəfər düşüb. Naməlum şəxslər dəmir dəyənəklə “Mercedes”in şüşələrini sındırıb və sürücünün başına tapança dirəyiblər. Ondan pulları alan qarətçilər “Nissan”a oturaraq Lyublino istiqamətində hərəkət ediblər. Soydaşımızın təxminən 9 milyon rus rublunun əlindən aldığı bildirilir. Bakı sakini artıq polisə müraciət edib, faktla bağlı “qarət” maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
19:38
726
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
672
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
694
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
365
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
377
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2363