Namiq Həsənov: “Qəza törədən 148 saylı avtobusun sürücüsü 120 kilometrlik sürət həddini aşıb”
“2014-cü ilin 6 ayı ərzində ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların sayı ötən illərə nisbətən 13,7 faiz azalıb. 2013-cü ilin 6 ayı ilə müqayisədə ölənlərin sayı 10,4 faiz, yaralıların sayı isə 21,9 faiz azalıb”. Bu açıqlamanı APA TV-yə Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov bildirib.
“Bu ilin 6 ayı ərzində Bakı şəhərində sərnişindaşıma marşrutlarında Dövlət Yol Polisi orqanları tərəfindən 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Ötən illə müqayisədə bu il hadisələrin sayı 17,2 faiz, yaralıların sayı 40,9, ölənlərin sayı isə 71,4 faiz azalıb”.
Ötən gün Bakıda 148 saylı marşrutla hərəkət edən avtobusda baş verən yol-nəqliyyat hadisəsinə aydınlıq gətirən Namiq Həsənov bildirib ki, artıq bununla bağlı araşdırma aparılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, avtobusun sürücüsü sərxoş olmayıb və avtobus saz vəziyyətdə olub.
"Nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda maksimum sürət həddi 120 km/saatdır. Sürücü sürət həddini aşıb. Hadisəni yol polisi araşdırmalıdır".
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib