Orxan Zeynalov cəzasını Azərbaycanda çəkmək istəyir - VƏKİL
Rusiyada 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalov cəzasını vətənində çəkmək istəyir. APA TV-nin məlumatına görə, Orxan Zeynalovun vəkili Viktor Anikuşkin deyib. O bildirib ki, məhkəmə qərarından apelyasiya şikayəti verən və hökmü hələ qüvvəyə minməyən Orxan vəkili vasitəsilə Azərbaycanın Rusiyadakı səfirliyi ilə danışıqlar aparır.
“Azərbaycan səfirliyi Zeynalovun cəzasını çəkəcəyi yer barədə qərara təsir edə bilər. Mən artıq səfirlikdə olmuşam, hazırda məsləhətləşmələr gedir”, - deyə Anikuşkin qeyd edib. O əlavə edib ki, Orxan Zeynalovun bu cəhdi baş tutmasa, onun Şimali Qafqazda yerləşən cəzaçəkmə müəssisələrindən birinə köçürülməsi barədə məsələ qaldıracaq: “Çünki orda onun yerliləri çoxdur”.
Qeyd edək ki, O. Zeynalov 2013-cü ilin oktyabrında Moskva sakini Yeqor Şerbakovu öldürməkdə ittiham olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR
19:38
726
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
672
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
694

16:17
365
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
377
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2363