Saakaşvili barəsində axtarış elan olunub
Gürcüstanda ölkənin sabiq prezidenti Mixail Saakaşvili barəsində axtarış elan olunub. APA TV-nin “Qruziya-onlayn” saytına istinadən verdiyi xəbərə görə, o, Gürcüstan sərhədini keçən kimi saxlanılacaq. İyulun 28-də Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. Sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması və vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb. Bundan başqa, Gürcüstan Respublikası Baş Prokurorluğu onun 8,8 milyon lari (təxminən 5 milyon ABŞ dolları) miqdarında dövlət vəsaitini mənimsədiyini iddia edir.
Saakaşvilinin adı həmçinin 2005-ci ildə Gürcüstan Parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilində çəkilir.
OXŞAR XƏBƏRLƏR
19:38
726
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
672
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
694
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
365
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
377
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2363