Bakıda mikroavtobusla minik maşını toqquşub, xəsarət alan var
Bakının Yasamal rayonunda sərnişinin xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Nərimanov heykəlinin yaxınlığında qeydə alınıb. Gürcüstan vətəndaşı Daşqın Tanrıverdiyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusla, Sənan Mütəllimovun idarə etdiyi eyni markalı minik avtomobili toqquşub. Nəticədə minik maşınında olan xanım sərnişin xəsarət alıb. Əraziyə təcili yardım çağırılıb. Eyni zamanda hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma zamanı məlum olub ki, qəzaya mikroavtobusun sürücüsü səbəb olub. O əvvəlcə dairə yol nişanının tələbini pozub. Daha sonra qarşı yola çıxaraq minik avtomobili ilə toqquşub.
Hər iki avtomobil evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib