Tbilisi prospektində "Hyundai" və "Mercedes" toqquşub
Bakının Yasamal rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Tbilisi prospektində qeydə alınıb.
Qəza zamanı Emil Yarıyevin idarə etdiyi "Hyudai" markalı avtomobillə Fuad Məlikovun idarə etdiyi "Mercedes" toqquşub.
Toqquşmanın təsirindən "Mercedes" markalı avtomobil işıq dirəyini aşırıb. Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə nəticəsində yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hər iki avtomobil evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:38
751
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
695
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
717
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
367
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
379
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2366