APA TV Türkiyədə müalicə olunan əsgərlərimizə baş çəkib
Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində yaralanan 3 Azərbaycan hərbçisi Türkiyədə müalicəsini davam etdirir. Əsgərlərdən Ədalət Məmmədov Ankara Təhsil və Araşdırma Xəstəxanasında, Elvin Əsgərov və Sərxan Tahirzadə Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunur.
Hər iki ayağını itirən əsgər Sərxan Tahirzadə səhhətinin yaxşı olduğunu, müalicə üçün Türkiyəyə gətirildiyindən məmnunluq duyduğunu dilə gətirib və burada ona yaxşı baxıldığını, diqqət göstərildiyini deyib.
Əsgərlərin yaxınları da xəstəxanada yaralı əsgərlərimizin tez sağalmasını gözləyirlər. Sərxanın dayısı Mayis Nəhmətov göstərdiyi qayğıya görə Azərbaycan prezidentinə təşəkkür edib: "Biz 3-4 gündür gəlmişik. Sərxanın vəziyyəti yaxşıdır. Cənab prezidentimizə təşəkkür edirik. İnşallah, əsgərlərimiz sağalıb, vətənə xidmət edəcəklər".
Qarın nahiyəsindən yara alan Elvin Əsgərov hələlik reanimasiya şöbəsində saxlanır.
Əsgərlərdən Ədalət Məmmədov Ankara Təhsil və Araşdırma Xəstəxanasında müalicə alır. Bir gözündən amputasiya olunan əsgərin müalicəsi davam etdirilir. Həkimlər hər 3 xəstənin vəziyyətinin yaxşılığa doğru getdiyini bildirirlər.
Qeyd edək ki, yaralı əsgərlər Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı koordinatorluğunun təşəbbüsü ilə Türkiyəyə gətirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib