Azərbaycan ordusu "Buk-MB" zenit-raket komplekslərini uğurla sınaqdan çıxardı
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının "Buk-MB" zenit-raket komplekslərindən istifadə olunmaqla təlimləri davam edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə keçirilən təlimlərin əsas məqsədi şəxsi heyət tərəfindən döyüş tapşırığının düzgün yerinə yetirilməsinin müəyyən edilməsi, hərəkətdə olan qoşun qruplaşmalarının, mühüm hərbi və mülki obyektlərin hava zərbələrindən mühafizəsinin təşkil olunmasıdır.
Təlimlər zamanı ehtimal olunan düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində pilotsuz və pilotlu hava hücumu vasitələrini, digər hava hədəflərini, o cümlədən, ballistik və qanadlı raketləri aşkarlamaq, tanımaq, avtomatik izləməyə götürmək və atəşlə məhv etmək kimi praktiki məşqlər həyata keçirilib.
Müdafiə naziri tərəfindən qoyulan tapşırıqlar Hava Hücumundan Müdafiə qoşunları tərəfindən uğurla yerinə yetirilib və döyüş atışlarının nəticəsi yüksək qiymətləndirilib.
Təlimlər davam edir.

OXŞAR XƏBƏRLƏR
14:24
1053
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1553
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1778
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1254
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1647
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1142