İsmayıllıda yaşayış evi yanaraq külə dönüb
İsmayıllı rayonunda fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə,hadisə rayonun Uştal kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Əliyeva Asiya Süleyman qızına məxsus ümumi sahəsi 110 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ev içəridəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər yaxınlıqdakı tövləni, ot tayasını və talvarı alovdan mühafizə ediblər.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:24
1044
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1549
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1773
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1254
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1647
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1142