Türkiyə prezidentinin müşaviri: "Sentyabrda sərhədlər açılmayacaq"
“Sentyabr ayında Ermənistanla sərhədin açılacağına dair iddianın heç bir əsası yoxdur”. Bu sözləri APA TV-nin Türkiyə müxbiri ilə söhbətində Türkiyə prezidenti yanında xarici məsələlər üzrə məşvərət şurasının üzvü, səfir Gürcan Türkoğlu deyib.
“Türkiyə-Ermənistan sərhədinin sentyabrda açılacağına dair Türkiyə mətbuatında iddialar ortaya atılır. Bunlara nə dərəcədə inanmaq olar?” - sualına G. Türkoğlu belə cavab verib: “Bu xəbərlərin heç bir əsası yoxdur. Xarici İşlər Nazirliyinin bunu təkzib etməsi də iddiaların boş olduğunun göstəricisidir. İğdırdan Ermənistanla sərhəddəki Əlican gömrük məntəqəsinə qədər olan yola asfalt döşənməsi sərhədin açılması üçün deyil, bölgədəki əhalinin rahat hərəkət edə bilməsi üçün edilib”.
Qeyd edək ki, səfir Gürcan Türkoğlu Abdullah Gülün istər xarici işlər naziri, istərsə də prezident olduğu dövrdə ona ən yaxın diplomatlardan biri olub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib