Xaçmazda sərxoş sürücü iki velosipedçini vuraraq hadisə yerindən qaçıb
Bu gün gecə saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Yergüc kənd sakinləri 21 yaşlı Əflatun Əsbədiyev və 17 yaşlı Sərdar Süleymanov velosiped idarə edərkən maşın vurub.
Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin törədən Xaçmaz rayonu, Üçkün kənd sakini 24 yaşlı Abdullayev Nahib Cilovxan oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomaşını hadisə yerində qoyaraq qaçıb. Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hadisə zamanı sərxoş olduğu bildirilir.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib