Türkiyə vətəndaşları ermənilərə qarşı döyüşmək istəyirlər
Türkiyə vətəndaşları ermənilərə qarşı döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə (MN) müraciət edirlər. APA-nın məlumatına görə, artıq xeyli Türkiyə vətəndaşı tərəfindən Azərbaycan Müdafiə Nazirliyinə qurumun rəsmi internet saytı vasitəsi ilə müraciətlər daxil olub. Müraciətlərdə Ermənistanın cəbhədəki təxribat xarakterli addımları pislənilib, Azərbaycan dövlətinə dəstək ifadə olunub. Müraciət edənlər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında ermənilərə qarşı döyüşmələrinə şərait yaradılmasını istəyiblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, qoşun komandanları da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova telefon açaraq cəbhədə baş verən hadisələrlə maraqlanıb, şəhid olmuş əsgərlərlə bağlı müdafiə nazirinə və Azərbaycan xalqına başsağlığı verib, Azərbaycana dəstəklərini ifadə ediblər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib