İdxal-ixrac əməliyyatları ilə bağlı yeni qaydaların tətbiqinə başlanacaq
Ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan prezidentinin 3 mart 2014-cü il tarixli 119 nömrəli fərmanına uyğun olaraq mövcud qanunvericiliyə dəyişikliklər edilib. Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi sadələşdirilərək gömrük orqanlarına təqdim olunan sənədlərin sayı əhəmiyyətli dərəcədə azaldılıb. 2014-cü ilin noyabrın 10-dan qüvvədə olacaq Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 saylı qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları"na əsasən, gömrük bəyannaməsi ilə birgə nəqliyyat və xarici ticarətin həyata keçirilməsini təsdiq edən sənədin təqdim edilməsi nəzərdə tutulub. Malların kateqoriyası və seçilmiş gömrük proseduru üzrə tələb olunan sənədlər və onların elektron formada da əvvəlcədən göndərilməsi mexanizmi müəyyən olunub. Yeni qaydalar gömrük nəzarətinə sərf olunan müddətin qısaldılmasına, xarici iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sürətləndirilməsinə, qlobal ticarət-təchizat zəncirinin kompleks idarə olunmasında iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına, elektron xidmətlərin həcminin artırılmasına, biznesin aparılmasına və inkişafına əlverişli zəmin yaradacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib