AŞ baş katibindən çağırış: "Gərginliyi azaldın"
Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilmiş üçtərəfli görüşü ilə bağlı bəyanat verib. APA-nın AŞ-nin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, T. Yaqland tərəfləri gərginliyi azaltmağa çağırıb.
Baş katib bildirib ki, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentlərdən sonra keçirilən görüş iki ölkə arasında dialoqun bərpası baxımından müsbət addımdır.
“Hər iki tərəfi son günlər xeyli itkilərə səbəb olmuş zorakılıqlara son qoymaq üçün bütün mümkün cəhdləri göstərməyə çağırıram. Mən bu qurbanlardan dərin üzüntümü dilə gətirirəm. Bütün avropalıların yaşamaq hüququnu müdafiə edən Avropa İnsan Haqları Məhkəməsinin üzvü olan ölkələr arasında zorakılıq olmamalıdır” - deyə o, bildirib.
OXŞAR XƏBƏRLƏR
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”