Havanın temperaturu 40 dərəcəyədək yüksələcək
Bakı və Abşeron yarımadasında avqustun 11-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 45-55 faiz təşkil edəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 26-27, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 27-28 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib