Ukrayna Silahlı Qüvvələri Donetski mühasirəyə alıb, kazaklar silahı atıb qaçıblar
Ukrayna Silahlı Qüvvələri və digər hərbi birləşmələr bu gün Luqansk vilayətində 125 minə yaxın əhalisi olan Krasnıy Luç şəhərini separatçılardan azad edib. APA TV-nin məlumatına görə, bununla da separatçıların əsas mərkəzi olan Donetsk şəhəri tam mühasirəyə alınıb. Donetsk yaxınlığında separatçıların əsas dayaq nöqtələrindən biri olan Qorlovka şəhəri də mühasirəyə düşüb.
Qondarma “Donetsk Xalq Respublikası”nın hərbi qüvvələrinin komandanı, Rusiya vətəndaşı İqor Girkin (Strelkov) məlumatı təsdiqləyib. “Kazaklar ənənəvi olaraq qaçdılar. Şəhərdə yalnız kiçik dəstə qalıb. Mənim dəfələrlə xəbərdarlıq etdiyim məsələ gerçəkləşdi. Donetsk-Qorlovka qoşun qruplaşmamız tam mühasirəyə alındı”, - deyə İ. Girkin bildirib.
Hələlik Ukrayna tərəfi bu barədə hər hansı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Krasnıy Luç şəhəri Donetsk şəhərindən Luqansk şəhərinə və Rusiya sərhədinə gedən yolda yerləşir və bu baxımdan çox əhəmiyyətli strateji mövqeyə malikdir.

OXŞAR XƏBƏRLƏR
19:38
815
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
757
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
781

16:17
372
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
383
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2373