İmişlidə 14 yaşlı uşağı avtomobil vurub
İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə 14 yaşlı uşaq velosiped sürərkən avtomobil onu vurub. İmişli polis şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə ötən gün Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtombil yolunun 111-ci kilometrliyində İmişli rayonunun ərazisində yerləşən məcburi köçkün qəsəbəsindən keçən ərazidə qeydə alınıb. Bəhrəmtəpə sakini Qədir Ağayev idarə etdiyi "VAZ 21011" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarında velosiped sürən, Füzuli rayon məcburi köçkün qəsəbə sakini, 14 yaşlı Ceyhun Məhəmməd oğlu Fətəlizadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib