Heydər Əliyev prospektində qəza: bir azyaşlı yaralandı
Gecə saatlarında paytaxtın Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında qeydə alınıb. 34 yaşlı Aqil Abdullayev sükanı arxasında olduğu “Daewo Gentra” markalı avtomobillə metronun “Koroğlu” stansiyasından şəhər istiqamətində hərəkətdə olarkən 22 yaşlı Orxan Hüseynzadə idarə etdiyi “Vaz-2107” markalı avtomobillə onu arxadan vurub. Baş verən qəzada “Daewoo”da olan azyaşlı uşaq xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Qəzanın baş verdiyi əraziyə Nərimanov Polis idarəsinin əməkdaşları gəlib. Baş verən qəzada isə sürücülər bir birilərini günahkar bilir. İlkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb “VAZ 2107”nin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:38
831
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
771
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
791
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
374
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
385
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2376