Karen Petrosyanın ailəsi onun ölümü barədə məlumatlandırılıb
Azərbaycanda dünyasını dəyişən Ermənistan vətəndaşının ailəsinə onun ölüm xəbəri çatdırılıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK Azərbaycan hakimiyyət orqanları tərəfindən avqustun 7-də beynəlxalq sərhədi keçən Ermənistan vətəndaşının ölməsi haqqında məlumatlandırılıb.
Neytral vasitəçi olaraq BQXK Ermənistan hakimiyyət orqanlarını və ölmüş şəxsin ailəsini məlumatlandırıb.
Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilib, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-cu il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilib.
Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin məlumatına görə, ilkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir.

OXŞAR XƏBƏRLƏR
19:38
831
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
771
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
791

16:17
374
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
385
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2376