Müdafiə Nazirliyi: “Raketlərimiz Ermənistan istiqamətində tuşlanıb”
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın iddialarına cavab verib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir: “Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab olaraq bildiririk ki, belə bir hadisə baş verərsə, Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaq. Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir. Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə, erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaq”.
Müdafiə Nazirliyi bəyan edib ki, raketləri Ermənistan Respublikası istiqamətində tuşlanmış ordumuz düşmən ölkənin paytaxtı İrəvan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazırdır.
OXŞAR XƏBƏRLƏR
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”