"Mercedes" dərəyə aşdı: 1 ölü, 1 yaralı
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad-Yardımlı avtomobil yolunun rayonun Xanəgah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Ləkin kənd sakini Yavər Fərhad oğlu Nuriyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili hərkətdə olarkən sərt döngədə idarəetməni itirərək dərəyə yuvarlanıb. Nəticədə sürücü aldğı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Sürücünün həyat yoldaşı, 63 yaşlı Püstəxanım Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilbad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada ona müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir.
İlkin versiya kimi hadisənin avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq başvermə səbəbləri isə avtiekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib