Lənkəran sakini: “Evimi qəsdən yandırıblar”
Lənkəranda fərdi yaşayış evi yanaraq kül olub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə avqustun 7-də saat 16.20 radələrində rayonun Sinovli kənd sakini, 35 yaşlı Tapdıq Xanbaba oğlu Nəsirova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 2 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğın lokallaşdırılıb.
Qeyd edək ki, yanaraq külə dönən 4 otaqlı ev təzə tikilərək təmir olunub, buraya qaz və elektrik xətti çəkilməyib. Ev sahibi isə buna əsaslanaraq yanğının qəsdən törədildiyini iddia edir.
Ev sahibi Tapdıq Nəsirov evinin yandırıldığını iddia edir: "Ev öz-özünə alışıb yanıb. Bunu kimsə yandırıb. Çünki, qaz da yoxdur, işıq da yoxdur. Yanında da od-alov heç nə yoxdur. Bunu kimsə yandırıb".
Faktla bağlı hadisə yerində araşdırmalara başlanılıb. Yanğının dəqiq başvermə səbəbləri ekspertlərin verəcəyi rəydən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib