Biləsuvarlı şəhidin anası: “Oğlum başımı uca etdi”
Biləsuvarda 19 yaşlı şəhid Anar Vidadi oğlu Qarazadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, şəhidin layiq görüldüyü medal bu gün doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində ailə üzvlərinə təqdim edilib. Medalın təqdimedilmə mərasimində şəhidin doğmaları ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, Müdafiə Nazirliyinin rəsmiləri, əlaqədar qurumların səlahiyyətli şəxsləri iştirak ediblər.
Şəhid anası Şəfəqqət Qarazadə oğlu ilə fəxr etdiyini deyib: “Oğlum mənim başımı uca etdi. Lazım gəlsə, cəbhəyə qadınlardan birinci özüm gedəcəyəm, oğlumun qisasını alacağam”.
3 ay öncə hərbi xidmətə çağırılan Anar Qarazadə cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanıb və 3 gün sonra hərbi hospitalda dünyalısını dəyişib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib