Müdafiə Nazirliyi: Ermənistan təyyarələrinin cəbhəboyu uçuşlara başlaması xəbəri yalandır
Ermənistanın kütləvi informasiya vasitələrinin Dağlıq Qarabağ ərazisi üzərində guya ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu məqsədyönlü dezinformasiya xarakteri daşıyır.
Müdafiə Nazirliyi bildirir ki, ölkəmizin bütün hava məkanı Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır.
Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğundan bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək. Hava sərhədlərimizi pozanlara qarşı zərbə endirmək üçün Azərbaycan Hərbi Hava Qüvvələri ən müasir vasitələrə malikdir. Belə hal baş verərdikdə həmin hava hədəfləri Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib