Bakı-Qazax magistral yolunda ağır qəza baş verib
Goranboy rayonu ərazisində ağır yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15.00 radələrində Bakı-Qazax avtomagistralının 347-ci kilometrliyində, yolun Goranboy rayonu ərazisindən keçən hissəsində qeyd alınıb. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Aqil Abbasovun idarə etdiyi “Ford Tranzit” markalı kiçik həcmli yük maşını onun qarşısına kəsişmə yoldan qəflətən çıxan "KAMAZ" markalı betonqarışdıran maşınla toqquşub. Nəticədə "Ford Tranzit"in sürücüsü və sərnişini, Bakı sakini, 1973-cü il təvəllüdlü İlqar Həsənov ağır yaralanaraq, Gəncə şəhəri Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Qəzanın səbəbkarı olduğu ehtimal edilən "KAMAZ"ın sürücüsü heç bir xəsarət almayıb və o, hadisə yerindən uzaqlaşıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib