Azərbaycana maşın gətirmə qaydaları yenə sərtləşdirildi
Avqustun 16-dan etibarən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına müvəqqəti gətirilməsi qaydaları sərtləşdirilir.
Bundan sonra avtomobillərin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkarlandıqda və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı və ya Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaq. Dövlət Gömrük Komitəsindən APA TV-yə verilən məlumata görə, son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan ərazisinə müvəqqəti gətirilən və Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtomobillərin geri qaytarılma müddətlərinə riayət edilməməsi halları artıb. Bununla əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib