Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Bu barədə məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Türkiyənin baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib. Bununla əlaqədar öz adından və Türkiyə xalqı adından Azərbaycan prezidentinə, xalqımıza və şəhidlərin ailələrinə başsağlığı verib.
Azərbaycanın dövlət başçısı başsağlığına və diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin baş nazirinə və xalqına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.

OXŞAR XƏBƏRLƏR
14:24
987
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1512
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1738
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1248
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1642
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1137