Səfir: “Azərbaycan prezidenti və Türkiyənin baş naziri cəbhədəki vəziyyəti müzakirə edəcək”
“Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Bu isə Türkiyə Cümhuriyyəti olaraq bizi ciddi olaraq narahat edir. Baş verənlər işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılmasının vacibliyinin ən açıq nümayişidir”. Bu açıqlamanı jurnalistlərə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun verib.
Səfir bildirib ki, artıq məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirələr aparıb.
"Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın da Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Hazırda hadisələrin gedişini çox diqqətlə izləyirik. Daimi sülhün bərpası üçün ciddi addımlar atılmasının vacibliyini düşünürük. Türkiyə olaraq bunu yalnız sözdə deyil, aktiv şəkildə gerçəkləşdirmək üçün Azərbaycanla həmrəy çalışmağa davam edəcəyik".
Diplomat Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, münaqişənin dərhal həll edilməsinin vacibliyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib