Şəhid Hüseyn Abdinov torpağa tapşırıldı - DƏFN MƏRASİMİ
Cəbhə xəttində düşmənin hücumunu dəf edərkən şəhid olan 1995-ci il təvəllüdlü Abdinov Hüseyn Etibar oğlu Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. APA TV-nin məlumatına görə, dəfn mərasimində baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov, Sumqayıt şəhər İcra Hakimiyyətin başçısı Eldar Əzizov, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı, Eldar İbrahimov, Hüseynbala Mirələmov, hüquq-mühafizə orqanların əməkdaşları, şəhidin qohumları, ictimaiyyət nümayəndələri və şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri iştirak ediblər. Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.
Qeyd edək ki, Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış Hüseyn Abdinov cəbhə xəttində düşmənin hücumunu dəf edərkən ağır yaralanaraq hospitala yerləşdirilib. Həkimlərin səylərinə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.
Allah Rəhmət eləsin!!!
OXŞAR XƏBƏRLƏR
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”