Cəlilabadda VAZ-2106 yük maşınına çırpıldı, sürücü ağır yaralandı
Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə avqustun 1-də günün ikinci yarısında Ələt-Astara magistralının 123-cü kilometrliyində qeydə alınıb. Saatlı rayon sakini Gəray Qasımovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Xaliq Nuriyevin idarə etdiyi Cəlilabad qaz istismar sahəsinə məxsus “Ford” markalı yük maşınına çırpılıb.
Güclü zərbə nəticəsində “VAZ-2106” markalı avtomobil yararsız hala düşüb, sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkmişə lazımi tibbi yardım göstərilib. Bununla belə onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib