ABŞ-dan cəbhədəki gərginliyə reaksiya
ABŞ, iyulun 31-də təmas xəttində tələfatın əhəmiyyətli dərəcədə artmasına səbəb olan zorakılığın kəskinləşməsindən narahatlığını ifadə edib. APA TV-nin məlumatına görə, bu bəyanatla ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf çıxış edib: “Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri gərginliyi dərhal azaltmağa və atəşkəsə riayət etməyə çağırırıq. Münaqişənin hərb yolu ilə həlli mövcud deyil. Cavab zərbəsi və ya zorakılığın davamı, sülh yolu ilə həllin əldə edilməsini daha da çətinləşdirəcək”.
ABŞ, Ermənistan və Azərbaycan prezidentlərini vacib məsələlər istiqamətində dialoqu davam etdirmək üçün tez bir zamanda görüşməyə çağırıb. Mari Harf onu da bəyan edib ki, ABŞ Minsk Qrupu prosesini dəstəkləyir və davamedici həll yolu üçün səylərə yardım etməyə hazırdır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib