Müdafiə nazirindən şəhid və yaralı hərbçilərimizlə bağlı göstəriş
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş və yaralanmış hərbi qulluqçuların mükafatlara təqdim olunmaları barədə göstəriş verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən, yaralılara yüksək ixtisaslı tibbi yardım göstərilməsi üçün hərbi həkimlərdən ibarət mütəxəssis qrupu yaralıların müalicə olunduğu hərbi hospitala göndərilib.
Z. Həsənov bir daha şəhid olmuş hərbi qulluqçuların ailələrinə, valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir!
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın ediblər. Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin bütün həmlələrini dəf edib. Şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.
OXŞAR XƏBƏRLƏR
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”