37 dərəcə isti olacaq
Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində günəşli olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunda APA TV-yə bildirilib ki, gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecəyə doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
19:38
923
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
869
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
887
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
380
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
391
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2381