Qəzzada 72 saatlıq atəşkəs
Qəzzada 72 saatlıq atəşkəs haqqında razılığa gəlinib. İsraillə HAMAS-ın razılığa gəldiyini BMT-nin baş katibi Pan Gi Mun və və ABŞ-ın xarici işlər naziri Con Kerri açıqlayıb. ONların birgə yazılı açıqlamasında bildirilir ki, tərəflər 3 günlük şərtsiz atəşkəsin bərpa edilməsinə razılıq verib. Atəşkəs qərarı bu gün saat 08:00-da qüvvəyə minib. Növbəti 3 gün ərzində heç bir hərbi əməliyyat olmayacaq, Qəzzada olan mülki şəxslər zəruri ehtiyaclarını ödəyəcək, meyitlər dəfn ediləcək, yaralılar müalicə ediləcək, ehtiyat qida toplanacaq. Bundan başqa, su və elektrik xətlərinin bu müddətdə təmir edilməsi nəzərdə tutulur.
Açıqlamada həmçinin bildirilir ki, İsrail və Fələstin tərəfindən heyətlər daimi atəşkəsə nail olmaq üçün Misirin dəvəti üzrə Qahirəyə gedərək Misir hökuməti ilə müzakirələrə başlayacaq. Tərəflər bütün mübahisəli məsələləri müzakirə edəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub