Sankt-Peterqburqda azərbaycanlılardan ibarət mütəşəkkil dəstə tutuldu
Sankt-Peterburqda 7 nəfər azərbaycanlı saxlanılıb. APA TV-nin xəbərinə görə, onlardan 2-nə qarşı cinayətkar dəstə qurmaq, digər 5-nə isə mütəşəkkil cinayətkar dəstədə iştirak maddəsilə cinayət işi başlanıb. Bu qrup lombard və mağazalarda kütləvi soyğunlar törədib. Bandanı təşkil edən azərbaycanlılar 25 və 27 yaşlarındadır. Digər 5-nin də yaşı 25-30 arasıdır. Dəstə başçıları 2012-ci ilin noyabrında Peterburqa gediblər. Onlar yaratdıqları dəstəyə daha 5 həmyerlilərini də qoşublar. Həmin tarixdən 2013-cü ilin martına kimi onlar şəhərdəki müxtəlif ticarət məntəqələrinə 10 hücum təşkil ediblər. Təxminən yarım il ərzində qarət yoluyla təxminən 1.5 milyon dollar əldə ediblər. Qarət zamanı banda üzvləri silahdan istifadə ediblər, vitrinləri qırıblar və işçiləri təhdid ediblər.
Onların daimi iş və yaşayış yerləri olmadığından polisin işi bir qədər çətinləşib. 2013-cü ilin martında qrupun 3 üzvü əməliyyatçıların əlinə keçib. Digər üzvlər isə Moskva və Nijni-Novqorodda saxlanılıb.
Saxlanılan zaman banda üzvlərindən çox sayda soyuq və travmatik odlu silah götürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub