Separatçılar öldürülən azərbaycanlı diaspor üzvünün meyitini vermirlər
İyulun 30-da Ukraynanın Luqansk şəhərində azərbaycanlı diaspor üzvü separatçılar tərəfindən qətlə yetirilib. Luqansk Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyevin APA TV-yə verdiyi məlumata görə, onun idman üzrə müavini Telman Cəfərovun meyitini hadisə yerindən götürmək mümkün olmayıb: "200-ə yaxın qoyun-quzusu var idi. Fermerliklə məşğul olurdu. Heyvanları müharibə zonasından uzaqlaşdırmaq üçün başqa bir kəndə gedərkən Kaminko kəndi yaxınlığında vurulublar. Telman Cəfərov avtomobildə olub. Güllə baş nahiyyəsindən dəyib".
Telman Cəfərovla birgə Mahir, Nurlan və Elman adlı azərbaycanlılar isə separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Onlar hadisə yerindən qaçıblar.
Rasim Uğurluyev Telman Cəfərovun meyitinin qaytarılması ilə bağlı bir neçə yerə müraciət etdiklərini deyib: "Qardaşı, qohumları hadisə yerinə gedə bilmirlər. Səfirliyə məlumat vermişik. Yəqin ki, bu gün və ya sabah bu məsələni həll edərlər".
O, bənzər hadisənin təxminən 1 həftə əvvəl baş verdiyini bildirib. Naxçıvanın Culfa şəhərində anadan olmuş Əliyev Elman Telman oğlu Luqansk vilayətinin Kamelot rayonundakı evinə düşən bomba nəticəsində həyatını itirib. Onun meyiti Azərbaycana göndərilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub